ЗАО GBS

ЗАО GBS

Azərbaycan Respublikasının artan iqtisadi inkişaf tempi dünya iqtisadiyyatına inteqrasiya üçün geniş şərait yaratmışdır. Müasir dövrdə yüksək keyfiyyətli elektrik avadanlıqlarına olan tələbatları nəzərə alaraq, "Energetika Haqqında Azərbaycan Respublikasının Qanunu"-na əsasən 2006-cı ildə Bakı şəhərində 0,4÷35 kV-luq paylayıcı elektrik lövhələri və yuvaları istehsal edən “General Board System” – Məhdud Məsuliyyətli Cəmiyyət (GBS MMC) təsis edildi. 

Sürətli inkişaf tarixinə malik olan GBS daim yenilik axtarışında olmaqla yanaşı, partnyorluq etdiyi və elektrotexnika sahəsində aparıcı mövqe tutan Siemens, Schneider Electric, ABB, Legrand, Circutor və s. kimi bir çox tanınmış firmaların təcrübələrindən də istifadə edir. Vaxtaşırı Azərbaycanda və ya xaricdə treninqlər, təlim-məşq kursları təşkil edərək işçi personalın yüksək səviyyədə biliklər qazanması və ixtisaslaşdırılmasını təmin edir.

Hazırda 9500 m2 ərazidə yerləşən GBS MMC-nin istehsalı bu gün yalnız elektrik lövhələri və yuvaları ilə məhdudlaşmır, eyni zamanda kabel kanalları, müxtəlif metal konstruksiyalar, KTYX-lər (komplekt transformator yarımstansiyaları), sayğac lövhələri, xüsusi təyinatlı qutular və bankomatlar, sahələrdə istifadə üçün nəzərdə tutulmuş mobil paylayıcı qurğular və s. kimi məhsulların istehsalını müvəffəqiyyətlə həyata keçirir. 0,4 kV-adək paylayıcı sistemlərə "Siemens" şirkətinin lisenziyası altında GBS-in istehsal etdiyi 8PT və S8 sistemli "Sivacon", "Schneider Electric" firmasına məxsus "Prisma Plus", "ABB" istehsalı olan "Artu K" və "Artu L" panelləri ilə yanaşı, zavodun öz mütəxəssisləri tərəfindən dizayn edilmiş qoruma dərəcəsi İP31-dən İP65-ədək olan döşəməüstü, divarüstü, divariçi, sahədə istifadə üçün nəzərdə tutulmuş çöltipli müxtəlif paylayıcı qurğular daxildir.

Dövlət və özəl sektorda 10 ildən artıq uğurlu fəaliyyət həyata keçirən GBS MMC öz sahəsində ölkədə aparıcı şirkətlərdən biridir. GBS şirkətində istehsal edilən məhsullar bir çox iri sənaye müəssisələri və qurumlara məxsus dövlət əhəmiyyətli obyektlərdə quraşdırılıb və uğurla istismar edilir. Mövcud olduğu illər ərzində əldə etdiyi böyük təcrübə və nüfuz, GBS şirkətinə Azərbaycanda və bu ölkənin sərhədləri xaricində bir çox irimiqyaslı layihələrin uğurla yerinə yetirməsinə imkan yaratmışdır. Əməkdaşların peşəkarlığı, onların partnyorlarla və istehlakçılarla olan daimi əlaqəsi şirkətimizin fəaliyyətini yeni istiqamətlərdə inki­şaf etdirilməsinə yardımçı olur. Təcrübəli ixtisasçılar potensialı olan şirkətdə yeni layihələrin hazırlanması üzərində işlər aparılır və elektroenergetika sahəsində konseptual inkişaf istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. GBS MMC xarici partnyorlar arasında daim imicini möhkəmləndirəcək və elektroenergetika sahəsində aparıcı mövqeyini qoruyub saxlayaraq, yeni uğurlara imza atacaq.

Компания не разместила информацию об открытых вакансиях.