ООО ENGİNET

ООО ENGİNET

Hörmətli ziyarətçi!

ENGINET – Azərbaycanın İKT və telekommunikasiya sektorunun sürətlə inkişaf edən üzvlərindən biridir. Öz fəaliyyətini dünyada mövcud olan aparıcı texnoloji yeniliklər üzərində qurmağa çalışan şirkət qabaqcıl innovasiyaların yerli miqyasda tətbiqinə hər zaman böyük diqqət ayırır. Təsadüfi deyil ki, bu gün ölkəmizdə FTTH əsaslı İnternet və telekommunikasiya xidmətlərinin, eləcə də unikal sosial mahiyyətli texnoloji həll olan filtrasiyalı İnternetin kütləvi surətdə tətbiqi məhz “ENGINET” şirkətinin adı ilə bağlıdır.

Şirkətimiz öz fəaliyyətini həyata keçirərkən bütün aidiyyatı tərəflər – müştərilərimiz, tərəfdaşlarımız, əməkdaşlarımız və geniş ictimaiyyətin müxtəlif nümayəndələri ilə qarşılıqlı hörmət və etimad prinsiplərini rəhbər tutur. Biz inanırıq ki, uğura gedən yol məhz anlaşma üzərində qurulmuş faydalı əməkdaşlıqlardan keçir.

“ENGINET” şirkətinin önəm verdiyi məsələlərdən biri də şirkətin daxili resurslarının, xüsusilə də kadr potensialının davamlı olaraq gücləndirilməsidir. Biz inanırıq ki, şirkətimizin sahib olduğu ən dəyərli sərvəti məhz əməkdaşlarımızdır. Bu səbəbdən, şirkətdə bütün heyət üzvlərinin peşəkar inkişaf yolu ilə getmələri fəal şəkildə təşviq olunur, bu məqsədlə əməkdaşlara istər maddi, istərsə də mənəvi sərmayə və dəstək göstərilir.

Bütün bunlar bizi gələcək fəaliyyətimizdə də qabaqcıl strateji inkişaf vektorlarını təqib etməyə, mövcud reallıqlar və imkanlar daxilində aparıcı təcrübələri öz işimizə tətbiq etməyə və beləliklə yerli İKT və telekommunikasiya sektorunun inkişafında yaxından iştirak etməyə sövq edir.

Hörmətlə, Anar Nağıyev 

Direktor

Компания не разместила информацию об открытых вакансиях.