ООО Kango.az

ООО Kango.az

“Çatdırılma ” xidməti

Kango.az Türkiyənin alış-veriş saytlarından online sifariş olunan malların, poçt bağlamaların Türkiyədən çatdırılmasını həyata keçirir. Türkiyədən qəbul olunmuş bağlamalar 3-6 iş günü ərzində müştərilərə çatdırılır.

“Sifarişimi Al” xidməti

Türkiyənin online alış-veriş səhifələrindən hər hansı bir malın alınması zamanı çətinlik çəkirsinizsə bizə müraciət edin. Biz müştərilərimizin sifarişini müştəri adına alınıb Türkiyədən Azərbaycana çatdırılmasını təşkil edirik. *Qeyd edək ki, “Sifarişimi Al” xidmətini seçdiyiniz zaman 5% xidmət haqqı hesablanır ki, bu da Türkiyədən online aliş-veris zamanı yaranan bank xərci, pulun nəğdləşdirilməsi və xidmət haqqı olaraq tutulur.

“Təcili sifariş” xidməti

Sifarişçilər Türkiyə saytlarından alış-veriş etmək üçün bizə müraciət edərək "Biz alaq" xidmətindən istifadə edir. Bunun üçün də göndərilən linklərin sifariş olunması növbə ilə həyata keçirilir. Sifarişlərin növbədən kənar həyata keçirilməsi üçün “Təcili sifariş” xidmətini seçə bilərsiniz. Bu ödəniş göndərilən hər link üçün ayrı-ayrılıqda yox, toplam 1 dəfə olur. *Qeyd edək ki, “Təcili sifariş” xidməti seçdiyiniz zaman 1$ (bir dollar) xidmət haqqı ödəyirsiniz.

“Kuryer” xidməti

Biz həmçinin Bakı anbarına daxil olmuş bağlamanızın istənilən ünvana çatdırılmasını da təşkil edirik. Bununla da siz vaxtınıza qənaət etmiş olursunuz. Qiymətlərlə bağlı tariflər bölməsində məlumat əldə edə bilərsiniz.

Компания не разместила информацию об открытых вакансиях.