ООО Turban Moda

ООО Turban Moda

Turban Moda hicab geyimlərinin yerli brendi olaraq 2016-cı ildən fəaliyyət göstərir. Geyim modellərini şirkətin direktoru Validə xanım incə zövq və xüsusi peşəkarlıqla hazırlayır. Turban Moda mağazalarında hər zövqə və hər mövsümə uyğun keyfiyyətli məhsulları mümkün olan ən münasib qiymətlərlə əldə edə bilərsiniz. Davamlı olaraq dəyişən və gözəlləşən dəblə ayaqlaşmaq artıq çətin deyil! Bunu sizlərə bol çeşiddə rəng və model seçimi etmək imkanı təmin edən peşəkarlar vəd edir!

Müştərilərimizə kifayət qədər yaxın olmaq üçün ölkə ərazisində 3 satış nöqtəmiz mövcuddur. Bununla yanaşı sizin vaxtınıza qənaət etmənizi təmin etmək məqsədilə online satış sistemimiz fəaliyyət göstərir. Kuriyerlərimizin yardımı ilə sifarişinizi tələb etdiyiniz gün ərzində dediyiniz hər hansı ünvana çatdırma rahatlığı da ixtiyarınızdadır!

Qarşıdakı dövrdə məqsədimiz məhsullarımızın satışını “Made in Azerbaijan” brendi adı altında təkcə Azərbaycanda yox, dünyanın hər bir yerində həyata keçirməkdən ibarətdir.

TurbanModa.az  hicablı xanımların öz tərzlərini yaratmaqda yardımçı olacaq yüzlərlə məhsulu rahatlıq və etibarla əldə edə biləcəkləri alış-veriş saytıdır. Azərbaycan,rus və ingilis dillərində olan saytımızda müştərilər üçün “şəxsi kabinet” yaratmaq mümkün olacaq. İstifadəçilər “şəxsi kabinet”ə daxil olmaqla öz məlumatlarını sayta yerləşdirə biləcək. Müştərilərdən xahiş edirik ki, onlara operativ və keyfiyyətli xidmət göstərilməsini təmin etmək üçün qeydiyyatdan keçərkən tələb olunan məlumatları və əlaqə vasitələrini, həmçinin sifariş etdikləri məhsulun göstəricilərini dəqiq qeyd etsinlər.

Sifariş verməyə vaxtı olmayan və ya müxtəlif səbəblərdən saytımızda  sifarişlərini tamamlaya bilməyən istifadəçilərimizin sifariş xəttimiz, WhatsApp sifariş nömrəmiz və sosial şəbəkə hesablarımız üzərindən sifariş vermələrinə köməkçi oluruq.

Yalnız sifariş əməliyyatı əsnasında deyil sifariş əvvəli və sonrasında da müştəri məmnuniyyətini üst səviyyədə tuturuq. Dəyərli izləyicilərimiz, artıq 4 ildir ki, sizinlə birlikdə daha da inkişaf etməyə və irəliləməyə davam edirik və sizi keyfiyyətli xidmətlə təmin etməkdən qürur duyuruq.

Компания не разместила информацию об открытых вакансиях.