ООО My Broker

Баку

ООО My Broker

"My Broker" Məhdud Məsuliyyətli Cəmiyyət 22 aprel 2016-cı il tarixindən etibarən gömrük brokeri qismində fəaliyyətdədir. “My Broker” ixtisaslaşmış gömrük təmsilçiliyi Azərbaycan Respublikası gömrük fəaliyyəti zonasında ilk dəfə Dünya təcrübəsi əsasında yaradılmış, 80 nəfərlik peşəkar işçi qüvvəsi ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında 20-dən artıq xidmət növü ilə tam gömrük təmsilçilik xidmətləri kompleksini və beynəlxalq daşınmaların təşkilini həyata keçirir. “My Broker” Gömrük Təmsilçiliyi ölkəmizdə yaradılan ilk yerli və dünya standartlarına cavab verən müasir gömrük təmsilçisidir.

“My Broker” İxtisaslaşmış Gömrük Təmsilçiliyinin yerli və xarici fiziki və hüquqi şəxslərə tam gömrük təmsilçiliyi xidmətləri göstərmək məqsədi ilə Bakıdakı 1,3,4,5 saylı “ASAN Xidmət” mərkəzlərində,1 saylı “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzində  xidmət pəncərələri fəaliyyətə başlamışdır.“ASAN Xidmət” mərkəzlərində gömrük rəsmiləşdirilməsi üzrə məsləhət, sənədlərin qəbul olunması, mal alanın və ya göndərənin qanuni nümayəndəsinin iştirakı ilə gömrükləmə, “My Broker”in tam təmsilçiliyi qismində gömrükləmə, eləcə də gömrük əməliyyatları üzrə xidmətlərindən istifadə etmək üçün müraciət edə bilərsiniz.

Компания не разместила информацию об открытых вакансиях.