ООО NUR KAUÇUK

ООО NUR KAUÇUK

Nur Kauçuk” şirkəti EPDM-NITRIL-NEOPREN-NR (Natural Rubber) – SBR və SILIKON materiallarından rezin kipləşdiricilər istehsalı ile məşğuldur. Yüksək keyfiyyətli siyasət sayəsində, “Nur Kauçuk” öz sahəsinin liderləri arasında tez bir zamanda özünü yaxşı tərəfdən göstərmiş və hal-hazırda yeni ve müasir texnologiyalarla təchiz olunmuş yerdə keyfiyyətli rezin bərkidiciləri istehsal etməyə davam edir. Bizim şirkətimiz kauçukdan ekstruziya və inyeksiya metodu ilə fərqli məhsullar istehsal edir. Bizim şirkətin məhsulları, avtomobil, tikinti, məişət, gəmiqayırma, maşınqayırma, pəncərə və digər sahələrdə geniş tətbiq olunur.

Bizim istehsal sahəsi 2500 m2 təşkil edir və Azərbaycanda tamamilə inteqrasiya etmiş struktur olaraq ümumi sahəsi 10.000 m2 təşkil edir.

Məhsullarımızın fərqləndirici cəhəti odur ki, məhsullarımız müştərilərin fərdi sifarişlərinə uyğun işlənilir və hazırlanır. Biz sizin və sizin istehsal etdiyiniz məhsul üçün fərdi olaraq, istənilən piltələr ve bərkidiciləri hazırlaya bilərik. Müasir idarəetmə sistəmləri sayəsində şirkətimiz istehsal müddətini xeyli sürətləndirərək, qəbul olunan sifarişləri daha operativ yerinə yetirir.


  • Gündəlik istehsal həcmi 3 – 4  ton.
  • Aylıq istehsal həcmi 100 – 120  ton.
  • Ayda 200 – 300 ton məhsul istehsal etmək imkanımız var.
Компания не разместила информацию об открытых вакансиях.