ООО NİMEX

ООО NİMEX

Nimex şirkəti artıq 10 ildir ki Azərbaycan Respublikasının tikinti sektorunda fəaliyyət göstərir. Bu müddət ərzində şirkətimiz ABŞ-ın və Avropanın ən aparıcı, yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz, qabaqcıl texnologiya və innovasiyalara malik olan, tikinti materiallarını istehsal edən şirkətlərlə sıx əlaqələr yaratmış və bir çoxunun Respublikamızın ərazisində rəsmi distributoru və ya rəsmi dilleridir.

MİSSİYAMIZ

Nimex MMC- güclü və uzun ömürlü bir firma olaraq, iş tərəfdaşları ilə qarşılıqlı paylaşma şəraitində fəaliyyət göstərərək yenilikləri yaxından təqib edir. Biz firma olaraq bütün iş tərəfdaşlarımızla uzun müddətli əlaqələr qurur və bu əlaqələrimiz nəticəsində də davamlı olaraq çalışırıq. Çalışdığımız, xidmət etdiyimiz insanlara güvən verir və verdiyimiz sözü tuturuq. Yalnız həyata keçirə biləcəyimiz xidmətləri öhdəmizə götürür və təəhhüdlərimizi yerinə yetirmək üçün lazım olan səyi göstəririk. Personallarımızın, mühəndislərimizin, məhsullarımızın və servisimizin mükəmməl olması üçün səy göstəririk. Layihələrdə istifadə olunan materialları xarici ölkələrdən idxal etdiyimiz üçün şirkətin mütəxəssisləri istehsalçı şirkətlərin müntəzəm olaraq keçirdiyi treyninqlərdə, ixtisaslaşdırma kurslarında iştirak edir və sertifikatlarla təltif olunurlar. Işlərimizin axsaması halında müştəriyə xəcalətli olmaqdan qaçınan firmamız, bu minvalla işi prinsip halına gətirmişdir və müvəffəqiyyətini buna borcludur.

DƏYƏRLƏRİMİZ

Sifarişçilərimiz bizdən qısa zamanda yüksək xidmət tələb edir. Biz də sifarişçilərə, mümkün olan yüksək keyfiyyət və xidməti ən qısa zamanda təmin etməyi hədəf tuturuq. Tikinti işlərini yerinə yetirmək üçün dünya miqyasında tanınmiş xarici təchizatçılardan təchiz etdiyimiz tikinti materialları, texnika və avadanlıq, bizə sifarişçiyə həqiqətən də keyfiyyətli iş təqdim etməyə imkan verir.Bütün müştərilərimizin ehtiyaclarını dinləyir və ola biləcək ən uyğun alternativi təqdim etmək üçün səy göstəririk.

ŞİRKƏTİMİZİN İŞ PRİNSİPLƏRİ:

  • Tikinti sektorunda inkişaf edən texnikaları təqib edərək qlobal standartlarda keyfiyyətli şəkildə layihələr tərtib etmək
  • Təqdim olunmuş dizayn və layihələrin çoxillik iş təcrübəsinə malik olan mütəxəssislərimiz tərəfindən tərtibatı
  • Layihələrə uyğun olaraq geniş çeşiddə tikinti, interyer materialları və onların aksesuarları, materialların quraşdırılması və servisi və bütün materiallara sertifikat və zəmanətin verilməsi
  • Layihələrdə xüsusi halları inkişaf etdirərək, yenilikçi və yaradıcı nəticələrə çatmaq
  • Komanda işini təşviq edərək fərqli fikirlərin inkişafına imkan yaratmaq
  • Xidmət keyfiyyətini davamlı artıraraq yüksəlmək, güvən, dürüstlük və ictimai məsuliyyət prinsiplərinə daim sahib çıxmaq
  • İxtisaslaşmış işçi heyəti ilə keyfiyyəti ən uyğun dəyərdə əldə etmə müvəffəqiyyətini göstərmək
  • Cəmiyyətə və ətrafa olan hörmətimizin bir nəticəsi olaraq bütün işlərimizdə ətraf mühiti qorumağa diqqət göstərmək
  • Müştəri sədaqətinə verdiyimiz önəmlə öhdəmizə düşən işləri vaxtında tamamlamaq
Компания не разместила информацию об открытых вакансиях.