ООО Moon Group

ООО Moon Group

Moon Group” 2008-ci il tarixində təsis edilmişdir və regionda geniş miqyaslı xidmətlərini təklif edən aparıcı şirkətlərdən biridir. “Moon Group” komandası ixtisaslaşmış peşəkar işçi heyyətindən ibarətdir.  

     İstehsal etdiyimiz məhsulların  dizaynlarının hər  zövqə uyğun olaraq tərtib olunmasını təmin edirik.  Məhsulların operativ və yüksək keyfiyyətlə hazırlanması üçün şirkətimiz Avropanın son texnologiyalarla təchiz olunmuş müassir avadanlıqları ilə təmin edilmişdir.

     Şirkətin fəaliyyətinin regionun müxtəlif təşkilatlarının korporativ stilin yaranmasında, onların xidmətlərinin və məhsullarının tanıtımında böyük rolu olmuşdur.  Bir çox tədbirlərin, konfransların , sərgilərin, açılışların təşkil olunması, lazımi poliqrafiya, promo və reklam məhsulları ilə yüksək səviyyədə təmin olunması “Moon Group” şirkəti tərəfindən təşkil edilmişdir. 

      “Moon Group” şirkəti bu və digər bu kimi xidmətləri müştərilərinə təqdim edərək onların vaxtına və vəsaitinə qənaət etməkdə kömək olur. Bir sıra hallarda yeni qurulmuş şirkətlərə lazımi bütün dəstəyi göstərən “Moon Group” həmçinin şirkətlər üçün təkliflər hazırlayaraq onların mərhələli şəkildə inkişafına yardımçı olur. Şirkət olaraq ən əsas məqsədimiz regionun ən etibarlı və müvəffəqiyyətli şirkətlərindən biri olmaqla, bu yolda lazımi bütün enerji və əməyi  sərf edərək mütəxəssislər və peşakarlar tərəfindən ən çox tərcih edilən şirkətə çevrilməkdir.

Компания не разместила информацию об открытых вакансиях.