ООО Portbim

ООО Portbim

PORTBİM - YÜKSƏK SƏVİYYƏLİ MEP & F DİZAYN VƏ BİM (BİNA MƏLUMAT MODELLƏŞDİRMƏSİ) TƏTBİQ ÇÖZÜMLƏRİ TƏKLİF EDƏN MÜHƏNDISLİK ŞIRKƏTİDİR.

Hekayəmiz 2013-cü ildə başladı. Bu qısa müddət ərzində komandamız onlarla sənaye və qeyri-sənaye layihələrini uğurla başa vurmağı bacardı. Ən son texnologiya və standartlardan istifadə edərək, yüksək ixtisaslı və fədakar kadrlarımız sayəsində minimum layihə təhvil müddəti, xərcləri və xətası ilə LOD500 dizayn həllini təmin etmə bacarığına sahibik. Hər növ binalar üçün mexaniki, elektrik və santexnika mühəndislik dizayn xidmətləri təqdim edirik. Dizaynımızda bina sistemlərinin etibarlılığını və səmərəliliyini təmin edirik. Yeni və dəyişdirilmiş binalar üçün bütün MEP sistemlərinin konseptual və detallı dizaynı zamanı müştərimizə dəstək olaraq dizaynlarımızın icrasına nəzarət edirik və başa çatdıqdan sonra sınaq testlərini aparırıq.

Şirkətimiz tərəfindən göstərilən xidmətlər iki əsas ad altında təsnif edilmişdir:

 

DİZAYN VƏ MÜHƏNDİSLİK

● MEP & F DIZAYNI (İsitmə, Ventilasiya, Kondisionerləşdirmə, Qaz təchizatı, Su və Knalizasiya təchizatı, Elektrik, təchizatı, Zəif axın və Aftomatik Yanğınsöndürmə)
● YAŞIL BİNA (LEED məsləhət xidməti)

 

 

BIM XİDMƏTLƏRİ

● 3D BIM MODELLƏŞDIRMƏ
● VDC VƏ BIM İDARƏETMƏ
    - 4D Zamanın idarəedilməsi
    - 5D Maliyyətin idarə edilməsi
    - Yaşıl bina
● 7D binanın idarəedilməsi
● BIM & VR / AR – yə skan edilməsi
● BIM material qrupunun yaradılması

Компания не разместила информацию об открытых вакансиях.