ООО Ehome.az

Баку

ООО Ehome.az

Şirkət haqqında

E-home” mebel fabriki sizə daha yaxşı məhsullar təklif etmək üçün gündən-günə öz çeşidini genişləndirir və mütəxəssislərin ixtisasını artırır.  Dünya mebel sərgilərində mütamadi olaraq iştirak etməklə, biz ən son mebel bazarında olan tendensiaları öz layihələrimizdə istifadə etmiş oluruq. Biz nəinki keyfiyyətli mebel istehsal edirik, həmçinin funksionalliğa böyük yer veririk.

E-home mebel fabriki istənilən zövqə uyğun mebel istehsal edir. Saytımızda, fərdi sifarişlə istehsal olunan mətbəx mebelləri zəngin çeşiddə təqdim olunub. Bizim mətbəx mebellərinin fasadlarının əsas hissəsi yalnız ekoloji cəhətdən təhlükəsiz Türkiyənin ən qabağçıl istehsalçıları tərəfindən hazırlanıb. Aksesuar  və yarımməmul elementlərinin böyük çeşiddə olması mətbəx dəstlərini, otağın ölçülərindən asılı olmayaraq, hər bir ölçüdə istehsal etməyə imkan verir. Bundan başqa, biz yüksək keyfiyyətli türk materiallarından panel və yumşaq mebel (dəhlizlər, qonaq və yataq otaqları) istehsal edirik.

Biz sizi öz qiymətlərimizlə sevindirəcəyık. Öz fabrikimiz əlverişli qiymətlərə,  keyfiyyətli məhsullar təklif etmək imkanı verir, siz vasitəçilərsiz mebel əldə etdiyıniz üçün  öz pulunuza qənaət etmiş olursunuz.

Компания не разместила информацию об открытых вакансиях.