ООО Çinarlı-2020

ООО Çinarlı-2020

Son illərdə Azərbaycanın siyasi, iqtisadi həyatında, xüsusən də sahibkarlıq mühitində böyük uğur və irəliləyişlər özünü göstərməkdədir. Azərbaycanda sahibkarlığın bir çox sahələrinin fəaliyyət dairəsi genişlənmiş, özünün yüksək inkişaf mərhələsinə çatmışdır. Ölkədə sahibkarlığın artan sürətlə inkişafı dövlət başçısının yeritdiyi iqtisadi siyasət strategiyasının istiqamətlərindəndir.

“Çinarli-2020” Məhdud Məsuliyyətli Cəmiyyəti 03 İyul 2020-ci ildə təsis edilmişdir.

Respublikamızda sahibkarlığın inkişafı üçün yaradılan geniş imkanlardan səmərəli istifadə edən “Çinarli-2020” MMC Azərbaycan bazarını yüksək keyfiyyətli polimer məhsullarla təmin etmək bacarığına malikdir.

Avadanlıqlarımız (mətbəə makinaları, ekstrüderlər, kəsmə və qaynaqetmə makinalarımız) Türkiyə, İtaliya və Tayvan istehsalı olub  yüksək keyfiyyətli məhsul istehsal etmək bacarığına malikdir.

Məhsullara daxildir:

  • Alış-veriş paketləri
  • Ərzaq məhsulları üçün nəzərdə tutulan paketlər
  • Polietilen rulonlar
  • Polietilen kisələr

“Çinarlı-2020” MMC istehsalat sahəsində ekolji təmizliyi önə çəkən qabaqcıl texnologiyalardan istifadə edir. Bütün məhsullar uyğunluq və gigiyenik sertifikatların tələblərinə uyğun olaraq istehsal edilir. Bizim devizimiz keyfiyyətli və təmiz məhsul istehsal etməkdir!


“Çinarlı” MMC-nin  direktoru
Elmar Mehman oglu İbrahimov

Компания не разместила информацию об открытых вакансиях.