Zengin

Азербайджан
Сферы деятельности

Образовательные учреждения

Zengin

Zəngin tədris mərkəzi 2004-ci ildə yaranıb. Tədris Mərkəzinin yaranmasında səbəb ilk növbədə təhsil sahəsinə yeniliklər gətirmək , beynəlxalq standartlara cavab verən bir təhsil sistemi yaratmaqdır. Hədəfimiz Azərbaycan vətandaşlarına bu sistemlə xarici dilləri mükəmməl öyrətmək, kompyuter biliklərini genişləndirilməsində, beynəlxalq arenaya inteqrasiya etməsində istiqamət vermək,abutiriyentlərimizi ali məktəblərə hazırlamaqdan ibarətdir. Tədris sistemindəkinaliyyətlər fərqliliyimizin göstəricisidir. Buna misal olaraq, bu günə qədər Mərkəzdə çox saylı tələbənin qeydiyyatdan keçməsini göstərmək olar. Bu da mərkəzdə çalışan çalışan müəllim heyətinin peşakarlığından, dərs şəraitinin mükəmməl olmasından xəbər verir. İşin keyfiyyəti tələbələrin hər ay keçirilən səviyyə və sınaq imtahanlarındakı nəticələrdə özünü göstərir. “ Zəngin” Tədris Mərkəzində Abituriyent hazırlığı, Xarici dillər, Kompyuter kursları, TOEFL, İELTS proqramları, Magistratura və Dövlət qulluğuna hazırlıq , Mühasibat kursları, Peşə hazırlığı, Televiziya dizaynerliyi, YÖS fəaliyyət göstərir. Fəaliyyətə başladığı ilk gündən etibarən Mərkəzimiz öz peşəkar və yüksək təcrübəyə malik müəllim heyyəti və ciddi nəzarət sistemi ilə fərqlənmişdir. Bildiyiniz kimi abituriyentlərin Ali məktəbə daxil olması üçün onlara peşakar müəllim heyyəti, Münbit dərs şəraiti vərəqabətli mühit lazımdır. “ Zəngin “ Tədris Mərkəzi bütün bunları öz abituriyentləri ücün çox yüksək səviyyədə təşkil edir və onların qəbul imtahanlarında uğur qazanması üçün səylə çalışır. Mərkəzdə mütamdi olaraq mövzu, aylıq və ümumi qiymətləndirmə testləri keçirilir. Hər ay valideynlərə abituriyentlər haqqında ətraflı məlumat verilir.
Компания не разместила информацию об открытых вакансиях.